Saytımızı qiymətləndirin


 
 

Aİ Rusiya aktivlərindən əldə edilən gəlirlərlə Ukraynaya 1,4 mlrd. avroluq hərbi yardımı təsdiqləyib
Tarix: 24-06-2024 | Saat: 17:20
Bölmə:Karusel / Region | çapa göndər

Aİ Rusiya aktivlərindən əldə edilən gəlirlərlə Ukraynaya 1,4 mlrd. avroluq hərbi yardımı təsdiqləyib

Avropa İttifaqı Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən hərbi yardım paketini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə DPA diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqına üzv ölklərin xarici işlər nazirləri bugünkü iclasda Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən 1,4 milyard avro (1,5 milyard dollar) dəyərində hərbi yardım paketini təsdiqləyib.

Bu vəsait Ukraynaya Yardım Fondu (UAF) vasitəsilə Ukraynaya yönəldiləcək. "Politico"nun xəbərinə görə, bu maliyyə yardımı, adətən UAF-da olduğu kimi, kompensasiya üçün deyil, sursat və hava hücumundan müdafiə sistemləri kimi dəstin birbaşa alınması üçün istifadə olunacaq. Məbləğin dörddə biri Ukrayna sənayesindən alışlara sərf olunacaq.

Aİ-nin baş diplomatı Cozep Borrell Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, bu yardım Ukraynaya tez çatmalı və "hər hansı blokadaya yol verməməlidir".



Xəbəri paylaş

159 dəfə oxunub.

Digər xəbərlər