Saytımızı qiymətləndirin


 
 

Yaşı 65-dən yuxarı olan müəllim sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılmasına baxılmayacaq
Tarix: 06-06-2024 | Saat: 11:10
Bölmə:Karusel / Təhsil | çapa göndər

Yaşı 65-dən yuxarı olan müəllim sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılmasına baxılmayacaq

"Çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir, lakin onların əksəriyyəti peşəkar müəllimlərdir".

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sesiyada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, bir çox hallarda 65 yaşdan yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər:

"65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onlar əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq. Bu ayın sonunda keçiriləcək serifikasiyada 60 yaşdan yuxarı 600 müəllim könüllü olaraq iştirak etmək üçün qeydiyyatdan keçib".



Xəbəri paylaş

1141 dəfə oxunub.

Digər xəbərlər