Saytımızı qiymətləndirin


 
 

Bu şəxslərin maaşı artırıla bilər- Təkliflər hazırlanır
Tarix: 13-05-2024 | Saat: 15:29
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Elmi dərəcəsi olan işləyən qadınların əməkhaqlarının ümumi orta əməkhaqqına nisbəti və artım dinamikasının araşdırılması, nəticələri üzrə müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi ilə bağlı təkliflər hazırlanır.

Bu barədə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Planda, həmçinin, elmi fəaliyyətlə məşğul olan şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi imkanlarının araşdırılması və nəticələri üzrə müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi, o cümlədən, elmi dərəcəsi olan işləyən qadınların maaşlarına artım və ya əlavə məzuniyyət gününün verilməsi imkanlarının beynəlxalq təcrübədə araşdırılması və müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi nəzərdə tutulur.

Təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsinə tapşırılıb(trend).

 



Xəbəri paylaş

159 dəfə oxunub.

Digər xəbərlər