Saytımızı qiymətləndirin


 
 

Rusiya İranla İsraili təmkinli olmağa çağırıb
Tarix: 14-04-2024 | Saat: 13:35
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya İranla İsraili təmkinli olmağa çağırıb

Rusiya İranla İsrail arasında baş verən gərginlikdən narahatdır və tərəfləri təmkinli olmağa çağırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İranın İsrail ərazisinə raket və dron hücumu ilə bağlı yaydığı bəyanatda bildirilib.

Rusiya XİN bəyanatında heç bir tərəfi dəstəkləməyib və ya qınamayıb, sadəcə, narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb: "Aprelin 14-nə keçən gecə İsrail ərazisinə çoxlu sayda raket və PUA-lar buraxılıb. İran XİN-in məlumatına görə, bu hücum BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində İranın regiondakı obyektlərinə, o cümlədən İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun binasına hücuma cavab olaraq həyata keçirilib. Həmin hücumu ölkəmiz də qəti şəkildə qınamışdı. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qərbli üzvləri İranın konsulluq missiyasına hücuma adekvat cavab verə bilməyib.

Biz regionda növbəti təhlükəli eskalasiya ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Dəfələrlə xəbərdarlıq etmişik ki, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi sahəsində, məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların həll olunmaması gərginliyin artmasına səbəb olacaq. Biz bütün tərəfləri təmkinli olmağa çağırırıq. Ümid edirik ki, regional dövlətlər mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəklər. Biz konstruktiv beynəlxalq oyunçuların buna töhfə verməsinin vacib olduğuna inanırıq.

İsraildə və qonşu ölkələrdə, ilk növbədə İordaniya, Livan və Suriyada yerləşən Rusiya vətəndaşlarının diqqətini Rusiya Xarici İşlər Nazirliyinin və Rusiyanın xaricdəki qurumlarının rəsmi saytlarında dərc olunan məlumatlara və praktiki tövsiyələrə əməl etmək zərurətinə cəlb edirik".



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər