Saytımızı qiymətləndirin


 
 

Rusiya Rumıniyada NATO bazasının tikintisi ilə bağlı hərbi riskləri qiymətləndirəcək
Tarix: 28-03-2024 | Saat: 10:52
Bölmə:Karusel / Dünya | çapa göndər

 Rusiya XİN-dən Bakı və İrəvana çağırış

Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda hərbi mövcudluğunun güclənməsindən narahatlığını ifadə edərək, alyansın Rusiya Federasiyası ilə mümkün münaqişələrə hazırlığına işarə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, Rusiya Rumıniyada NATO bazasının tikintisi ilə bağlı riskləri qiymətləndirəcək və hərbi planlaşdırma zamanı bunları nəzərə alacaq.

"NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti müttəfiqləri Rusiya ilə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır. NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti təxribat xarakterlidir və Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır", - Rusiya XİN-in bəyanatında qeyd olunub.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər