Tarix: 20-03-2024 | Saat: 15:13
Bölmə:Karusel / Dünya | çapa göndər
NATO Baş katibinin Cənubi Qafqaza səfəri növbəti dəfə region ölkələrini Şimali Atlantika alyansının təsir zonasına çəkmək cəhdidir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu cəhdlər natoçular tərəfindən, təşkilatın üzvü olan ölkələr tərəfindən individual və sistemli şəkildə edilib:
“Belə səviyyədə NATO məmurunun baş tutmuş səfəri təsdiq edir ki, bu istiqamətdə fəallıq dəfələrlə artıb. Problem nədir? Problemin məğzi nədir? Məğzi odur ki, Cənubi Qafqazda problemlər azalıb, deyəsən. Bu, Qərbdə kimi qane edə bilər? Kimin xoşuna gələ bilər? Bu ölkələrin əməkdaşlığı, öz aralarında sülh razılaşmasına yaxınlaşmaları Qərbə dinclik vermir. Bu ölkələrin Rusiya ilə münasibəti Qərbi qane etmir”.
Zaxarovanın sözlərinə görə, NATO-nun məqsədi Rusiyanın cənub sərhədləri boyu vəziyyəti gərginləşdirməkdir: “Əlbəttə ki, Qərbin maksimum vəzifəsi da var. Bu, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq və ümumilikdə, regionu yenidən alovlandırmaqdır".
Xatırladaq ki, Stoltenberq martın 17-də Azərbaycana, martın 18-də Gürcüstana, martın 19-da isə Ermənistana səfər edib.
Rusiya XİN rəsmi nümayəndəsi son zamanlar qərbli emissarların Ermənistan istiqamətində nəzərəçarpacaq dərəcə aktivləşdiyi söyləyib: “Onlar Ermənistanın NATO ilə individual adaptasiya tərəfdaşlığı proqramını irəli çəkirlər. Onların səyləri İrəvanın Moskva ilə əlaqələrinin nüfuzdan salmağa, təmaslarımızın tam kəsilməsinə istiqamətlənib. Qərblilər bunu ümumiyyətlə gizlətmirlər. İndi də Bakı ilə tərəfdaşlıq münasibətlərimizə maneə olmağa çalışırlar. Onların vəzifə və məqsədlərinin cəbhəsi genişdir. Aydındır ki, NATO blok kimi Cənubi Qafqazda sabitlik və təhlükəsizlikdə maraqlı deyil. NATO blokunun region işlərinə müdaxiləsi sadə olmayan vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq”.
Digər xəbərlər