Tarix: 04-03-2024 | Saat: 16:57
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiyada keçirilən Ümumdünya Gənclər Festivalı zamanı çıxış edən RT kanalının baş redaktoru Marqarita Simonyan ölkəyə girişinə qadağa qoyulan Ermənistanla bağlı məsələləri qaldırıb.
Qarabaqinfo.az xəbər verir ki, Simonyan Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan Nazirlər Kabinetinin hazırkı siyasətini intihar adlandırıb.
Onun fikrincə, Paşinyan vəzifədə qalsa, Ermənistan beş ildən sonra mövcud olmayacaq.
“Ermənilərə nə etmək lazımdır? Özünə gəlmək. Ermənistan gəncləri nə etməlidir? Onlar başa düşməlidirlər ki, Paşinyan erməni xalqına satqındır, o, Ermənistanı tam məhvə aparır”, – Marqarita Simonyan vurğulayıb.
“Əgər o, hakimiyyətdə qalsa və Ermənistanın gəncləri, eləcə də Ermənistanın böyükləri onu dəstəkləməyə davam etsə, beş il ərzində Ermənistan olmayacaq. Necə ki, artıq ermənilərə lazım olan formada Qarabağ yoxdur. Ermənistan isə ümumiyyətlə olmayacaq”, - Simonyan əlavə edib.
Digər xəbərlər