Saytımızı qiymətləndirin


 
 

Separatizmin tabutuna vurulan son MİSMAR
Tarix: 15-02-2024 | Saat: 16:20
Bölmə:Karusel / Manşet | çapa göndər

Separatizmin tabutuna vurulan son MİSMAR

 

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasətinin hazırkı durumu və gələcəyi barədə bir sıra mühüm detalları açıqlayıb.

 

İlham Əliyev ölkə inkişafının əsas istiqamətləri haqda danışanda "ordu qurculuğu", "hərbi sənayenin inkişafı", "sərhədlərin qorunmasının gücləndirilməsi", "xarici risklərdən qorunmaq", "milli birlik", "azərbaycançılıq", "azad edilmiş ərazilərin bərpası", "məcburi köçkünlərin doğma yurdlarına qaytarılması", "iqtisadi və sosial sahədə inkişaf", "yoxsulluq və işsizliyin aradan qaldırılması", "xarici investisiyaların cəlbi", "monopoliyalara qarşı mübarizə", "nəqliyyat infrastrukturu", "tranzit imkanlarından faydalanmaq", "texnoloji və süni intellekt sahəslərinin inkişafı"na toxunub.

 

Dövlət başçısı Xankəndidə keçirilən səsvermənin önəmində də bəhs edib. O bildirib ki, Xankəndidə qutuya atdığı sadəcə bülleten deyil, erməni separatçılarının tabutuna vurulan son mismar olub.

 

Milli Məclisin deputatı Kamran Bayramov Qarabaqinfo.az-a açıqlamasında bildirib ki, İlham Əliyev bu seçkilərdə xalqın rekord sayda səsini qazanıb:

“Seçici fəallığı da yüksək səviyyədə olub. Cənab prezident 2003-cü ildə ad içmə zamanı verdiyi vədlərin hər birini yerinə yetirmiş oldu. Bu 20 il ərzində prezident Azərbaycanı dünyaya tanıtdı.

 

Digər əsas məsələ isə ərazi bütövlüyünün bərpa edilməsi idi. Belə ki, cənab prezident Azərbaycanın suverənliyinin tam bərpa olunması istiqamətində bütün vədlərə əməl etmiş sayılır. Bu vədlərin həyata keçirilməsi nəticəsində soydaşlarımız öz torpaqlarına qayıtmaqdadır. İlham Əliyev yeganə dövlət başçılaaarından biridir ki, separatçılığın kökünü kəsə bildi".

 

Deputat İlham Əliyevin andiçmə mərasimində verdiyi mesajlardan da bəhs edib.

 

"Belə ki, cənab prezident Xankəndidə səsvermə prosesinə xüsusi toxundu. Onun Xankəndidə o binada səs verməsi xüsusi rəmzi məna daşıyır. Bildiyiniz kimi, həmin binada bzim xalqımıza qarşı qərarlar qəbul edilib.

 

Bundan əlavə prezident sülh prosesinə də toxunub. Belə ki, o, sülhün yalnız Azərbaycanın təklif etdiyi beş baza prinsipi əsasında olacağını vurğulayıb. Revanşizmə, ərazi iddialarına son qoyulmalıdır. Bundan sonra isə Azərbaycan üçün yeni era və hədəflər planlanıb”.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər