Saytımızı qiymətləndirin


 
 

Biz hələ dövlətin nə demək olduğunu öyrənməliyik - Paşinyan
Tarix: 25-01-2024 | Saat: 16:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Biz hələ dövlətin nə demək olduğunu öyrənməliyik - Paşinyan

“Dövləti inkişaf etdirməyin, dövləti qoruyub saxlamağın nə demək olduğunu, ümumiyyətlə dövlətin nə demək olduğunu öyrənməliyik”.

Qarabaqifo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 25-də hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın pulu var, amma ölkəyə lazım olan səviyyədə məktəb, xəstəxana tikmək mümkün deyil. O, belə bir fikir bildirib ki, Ermənistan məktəblər tikməyi və saxlamağı, tibb müəssisələri tikməyi, yollar çəkməyi öyrənməlidir.

“Bizə elə gəlirdi ki, əsas şey pulun olmasıdır və biz bütün digər məsələləri həll edəcəyik. Amma bu doğru deyil. Əgər yol çəkilirsə, bilməliyik ki, nə vaxtsa əlavə tikinti işləri aparılmamalıdır. Eyni şey məktəblərə və uşaq bağçalarına da aiddir”, - Paşinyan qeyd edib.



Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər