Saytımızı qiymətləndirin


 
 

İsrail HƏMAS-a atəşkəs təklif edib? - DETALLAR
Tarix: 23-01-2024 | Saat: 10:59
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail HƏMAS-a atəşkəs təklif edib? - DETALLAR

 

İsrail HƏMAS-a bütün girovları azad etmək üçün iki aylıq atəşkəs təklif edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Axios" adı açıqlanmayan 2 İsrail rəsmisinə istinadən yazıb.

Yeni təklif bir neçə mərhələdə sağ qalan bütün girovların azad edilməsini və ölənlərin cəsədlərinin qaytarılmasını nəzərdə tutur. Birinci mərhələdə vəziyyəti ağır olan qadınların, 60 yaşdan yuxarı kişilərin və girovların azad edilməsi təklif edilir.

 

Növbəti mərhələlərdə qadın hərbi qulluqçuların, orduda xidmət etməyən yaşı 60-a qədər olan kişilərin, kişi hərbi qulluqçuların azad edilməsi və ölmüş girovların cəsədlərinin qaytarılması nəzərdə tutulur.

 

İsrail və HƏMAS hər bir israilli girov müqabilində neçə fələstinli məhbusun azad ediləcəyi barədə də əvvəlcədən razılaşacaqlar. Razılaşma həmçinin İsrail qoşunlarının Qəzza zolağının əsas əhali mərkəzlərindən çıxarılmasını və fələstinlilərin Qəzza şəhərinə və zolağın şimal hissəsinə qayıtmasını tələb edir.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər