Saytımızı qiymətləndirin


 
 

Yanğın zamanı 60 uşaq təxliyə olunub - Onların vəziyyəti necədir?
Tarix: 09-01-2024 | Saat: 16:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yanğın zamanı 60 uşaq təxliyə olunub - Onların vəziyyəti necədir?

Respublika Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir.

 

Qarabaqinfo.az ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal mərkəzdəki yanğından sonra təxliyyə edilənlərin son durumu haqqında danışarkən deyib.

 

Onun sözlərinə görə, hazırda təxliyə edilənlərin vəziyyəti tam nəzarətdədir: "Onların müalicələri davam etdirilir. Həmin uşaqların yanıq xəsarətləri yoxdur".

Direktor müavini vurğulayıb ki, Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb mərkəzidir: "Buradakı uşaqlar ya vaxtından öncə doğulub, ya da yanaşı patologiya ilə dünyaya gələn körpələrdir. Onların müalicələri davam etdirilir. Vəziyyətlərində heç bir ağırlaşma müşahidə edilmir”.

 

Qeyd edək ki, təxliyə prosesi Kliniki Tibbi Mərkəz, “Yeni Klinika”, Mərkəzi Neftçilər Xəstəxanasının, Sabunçu Tibb Mərkəzi, Xətai Tibb Mərkəzidir.

 

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd isə jurnalistlərə açıqlamasında bildirib ki, Respublika Perinental Mərkəzdə çıxan yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər