Saytımızı qiymətləndirin


 
 

Sabahdan 1 həftəlik bayram tətili BAŞLAYIR
Tarix: 30-12-2023 | Saat: 09:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabahdan 1 həftəlik bayram tətili BAŞLAYIR

Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır.

 

Qarabaqinfo.az xəbər verir ki, bir neçə gün əvvəl Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib.

 

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib.

 

Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

 

Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

 

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 2024-cü ilin 4 yanvar tarixləri müəyyən olunub.

 

Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.



Xəbəri paylaş

1173 dəfə oxunub.

Digər xəbərlər