Saytımızı qiymətləndirin


 
 

“Google” süni intellekt oyunu ilə görüntülərə sorğu yazmağı öyrədəcək
Tarix: 29-12-2023 | Saat: 11:39
Bölmə:Karusel / Multimedia | çapa göndər

“Google Arts & Culture” generativ süni intellektə (AI) sorğuların yaradılması bacarığını təkmilləşdirməyə imkan verəcək “Say What You See” (“Nə gördüyünü de”) oyununu buraxıb. Bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

“Nə gördüyünü söylə” – rəssam-rezident Cek Vayld tərəfindən “Google.Arts & Culture Lab” laboratoriyasında yaradılmış eksperimentdir. Oyunçular “Google” süni intellektinin yaratdığı görüntülərə baxıb gördüyünü təsvir etməlidir.

Oyun istifadəçilər qarşısında AI tərəfindən yaradılmış görüntüyə dəqiqliklə uyğun olan 120 simvol daxilində sorğu yaratmaq məsələsini qoyur. Siz irəli getdikcə, daha da çətin olur. Oyun istifadəçiləri mövzu, kontekst, incəsənət dövrü və üslublar barədə təfərrüatları daxil etməyə sövq edərək, hər cəhddən sonra dəyərli məsləhətlər verir.

Oyun həm stolüstü kompüterlər, həm də mobil cihazlar üçün mövcuddur və generativ AI-yə olan sorğuların və ya təlimatların, yəni neyroşəbəkə ilə ünsiyyətdə olarkən daxil edilməli olan giriş məlumatlarının öyrənilməsi prosesini xoş və maraqlı etməyə xidmət edəcək(azərtac).



Xəbəri paylaş

1336 dəfə oxunub.

Digər xəbərlər