Saytımızı qiymətləndirin


 
 

“Paxıllıqdan başqa bir şey deyil”- Rusiya XİN Borrelə cavab verdi
Tarix: 27-12-2023 | Saat: 16:31
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Jozep Borrelin Rusiyanın Ukrayna münaqişəsində üstünlüyü əldə etməməsi üçün Avropa İttifaqının bütün imkanlarının səfərbər edilməsinin zəruriliyi barədə bəyanatı irqçiliyin təzahürüdür.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Borrel əvvəllər Aİ-ni gözəl bağ, dünyanın qalan hissəsini isə cəngəllik ilə müqayisə edərkən oxşar xarakterli açıqlamalar verib.

“Bu, açıq-aşkar irqçi və millətçi ideologiyanın elementlərini etiraf edən az savadlı bir adamın ifadəsidir. Onun böyük dövlət adlandırdığı ölkəmizlə bağlı hazırkı bəyanatı paxıllıqdan başqa bir şey deyil”, – Zaxarova deyib.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər