Saytımızı qiymətləndirin


 
 

ABŞ Konqresi ilin sonuna qədər Ukraynaya yardımla bağlı qərar qəbul etməyəcək
Tarix: 19-12-2023 | Saat: 17:56
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Konqresi ilin sonuna qədər Ukraynaya yardımla bağlı qərar qəbul etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, hər iki partiyanın senatorları Ukrayna və İsrailə hərbi yardımla bağlı məsələni razılaşdırmağa vaxtlarının olmayacağını etiraf ediblər.

İntensiv danışıqlar davam etsə də, səsvermə yanvar ayına qədər baş tutmayacaq.

Bundan başqa, qanun layihəsinə Senatdan sonra baxacaq Nümayəndələr Palatasının spikeri Mayk Conson həmkarlarını Milad bayramına göndərib.

“Bloomberg” xəbər verir ki, Senatın Silahlı Qüvvələr Komitəsinin rəhbərlərindən Rocer Uiker Ukraynaya yardımla bağlı bu həftə razılığa gəlməyə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu halda səsvermə yanvarın birinci və ya ikinci həftəsində keçirilə bilər.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər