Saytımızı qiymətləndirin


 
 

Avropa İttifaqı 4 milyard avroluq COVİD vaksini zibilxanaya atıb
Tarix: 18-12-2023 | Saat: 12:14
Bölmə:Karusel / Dünya / Səhiyyə | çapa göndər

Avropa İttifaqı ölkələri tərəfindən alınmış ən azı 215 milyon doza COVID-19 peyvəndi məhv edilib.

Qarabaginfo.az bildirir ki, bu barədə “Politiko” nəşri yazıb.

Pandemiya zamanı alınmış bu vaksinlər vergi ödəyicilərinə təxminən 4 milyard avroya başa gəlib.

İlk koronavirus peyvəndi 2020-ci ilin sonunda təsdiqləndikdən sonra Aİ ölkələri birlikdə 1,5 milyard doza satın alıblar. Onların bir çoxu indi bütün qitənin zibilliklərində atılır.

Mövcud məlumatlara əsaslanan hesablamalar göstərir ki, Aİ ölkələri əhalisinin hər bir üzvü üçün orta hesabla 0,7 iynədən imtina ediblər. Siyahıda ilk yerdə hər sakin üçün bir dozadan çox olan Estoniya, ikinci yerdə ən çox peyvənd tullayan Almaniya gəlir.

Məhv edilmiş vaksinlərin sayı 312 milyondan çoxdur.



Xəbəri paylaş

1167 dəfə oxunub.

Digər xəbərlər