Saytımızı qiymətləndirin


 
 

MİDA-nın 4 layihəsi üzrə 432 güzəştli mənzilin seçimi başa çatıb
Tarix: 16-12-2023 | Saat: 11:27
Bölmə:Karusel / Sosial | çapa göndər

MİDA-nın 4 layihəsi üzrə 432 güzəştli mənzilin seçimi başa çatıb

Mənzil İnşaatı Dövlət Agentliyinin 4 layihəsində - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin güzəştli şərtlərlə satışı başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə satışı prosesinə 16.12.2023-cü il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə başa çatıb. 351 mənzilin artıq sifariş ərizəsi təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzinTelecom" MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi "Güzəştli mənzil sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirilib.

Qeyd edək ki, gözləmə qaydasında mənzillərin seçimi isə 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq vo 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər