Saytımızı qiymətləndirin


 
 

Ermənistan və Azərbaycan arasında görüş keçirilməyəcək?
Tarix: 15-12-2023 | Saat: 14:45
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan və Azərbaycan arasında görüş keçirilməyəcək?

 

"Rusiya Ermənistan kimi nəqliyyat marşrutlarının şaxələndirilməsində və ölkələr arasında yüklərin daşınması üçün yeni marşrutların yaradılmasında maraqlıdır".

 

Qarabaginfo.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk İrəvanda hökumətlərarası komissiyanın iclasında bildirib.

 

"Yuxarı Lars keçid məntəqəsi təbii və iqlim səbəblərinə görə ilboyu nəqliyyat əlaqəsini tam təmin edə bilmir. İrəvan və Moskva Ermənistanda yeni atom enerji bloklarının tikintisi ilə bağlı danışıqlar aparır" - Overçuk deyib.

 

Onun sözlərinə görə, İrəvanla Bakı arasında dəmir yolunun açılması üçün sənədlər ən yüksək səviyyədə hazırdır. Overçuk əlavə edib ki, kommunikasiyaların açılması üzrə işlər aparılır və bu məqsədlə üçtərəfli işçi qrup yaradılıb: "Emissiyanın maliyyə komponenti hesablanır, hələlik konkret rəqəmlər yoxdur".

 

"Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırsa, o zaman biz də təbii ki, iştirak etməyə hazırıq. Əsas nəticə tərəflərin birbaşa işə başlaması olub", - Rusiya baş nazirinin müavini söyləyib.

 

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da danışıb. 

 

"İlin sonuna qədər Azərbaycanla delimitasiya ilə bağlı yeni görüş olmayacaq. Növbəti komissiya danışıqlarının tarixi və yeri hələ müəyyən edilməyib. Buna baxmayaraq, iş reqlamenti artıq ölkələr tərəfindən təsdiqlənib, ona görə də yaxın gələcəkdə tarixi razılaşdırmaq mümkün olacaq", - Qriqoryan vurğulayıb.

 

Onun sözlərinə görə, delimitasiya və demarkasiya illər çəkə bilər: "Çünki bu, kifayət qədər mürəkkəb prosesdir - sərhədin hər bir hissəsi razılaşdırılmalıdır. İşin alqoritmi təxminən belədir: iclaslar zamanı komissiyaların hər biri öz xəritəsini və ya onun fraqmentini, hüquqi sənədlərini təqdim edir, sonra fikir mübadiləsinə başlanır".

 

“Ticarət dövriyyəsinin dinamikası çox yaxşıdır. Rurist axınında artım qeydə alınıb. Tərəflər bir sıra mühüm iqtisadi məsələlərin həllinə kömək edəcək yeni razılaşmalar əldə edə bildilər və əvvəlkilər uğurla həyata keçirilib", - Paşinyanın müavini Rusiya ilə münasibətlərə də toxunub.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər