Saytımızı qiymətləndirin


 
 

“Rusiya müharibəni 2026-cı ilə qədər uzatmağa hazırlaşır”- BİLD
Tarix: 15-12-2023 | Saat: 14:13
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya hakimiyyəti müharibəni 2026-cı ilə qədər uzatmağa hazırlaşır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bild” kəşfiyyat mənbələrinə istinadən yazır.

Nəşrin mənbələrinə görə, Putin Qərbin Ukraynaya dəstəyinin azalmasına ümid edir. Bundan başqa, Rusiya hakimiyyəti danışıqlar istəyini imitasiya edir, əslində isə Kreml Ukrayna rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırmır və yeni ortamüddətli müharibə planı hazırlayır.

2024-cü ilin sonuna qədər Putin Donetsk və Luqansk vilayətləri üzərində tam nəzarəti bərqərar etməyi və rus ordusunu Xarkov vilayətindəki Oskol çayına gətirməyi gözləyir. Daha sonra 2026-cı ilin sonuna kimi o, paytaxtları da daxil olmaqla Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin əksəriyyətini tutaraq qərbə doğru irəliləməyi planlaşdırır. Xerson cəbhəsində müdafiəni Dnepr boyunca sağ sahilə, Xerson və ya Odessaya hücum etmədən saxlamaq planlaşdırılır.

“Dneprdən solda olan bütün şərq əraziləri 36 ay ərzində zəbt edilməlidir. Onda çay yeni bir cəbhəyə çevriləcək. Putin Ukraynada hər il 100 minə qədər hərbçi itirməyə hazırdır”, – nəşrə danışan mənbə bildirib.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər