Saytımızı qiymətləndirin


 
 

Rusiyanın İrandakı keçmiş baş konsulu dünyasını dəyişib
Tarix: 12-12-2023 | Saat: 17:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyev insultdan dünyasını dəyişib.

Qarabaginfo.az xəbər verir ki, SHOT Telegram kanalının məlumatına görə, rusiyalı diplomatın vəziyyəti Moskvadakı mənzilində pisləşib.

Kanalın məlumatına görə, Alekseyev bir gün əvvəl saat 22:30 radələrində dünyasını dəyişib. Onun meyitini həyat yoldaşı aşkar edib və təcili yardım çağırıb.

K.Alekseyev 2015-2019-cu illərdə baş konsul vəzifəsində çalışıb. Bundan əvvəl o, Rusiyanın İrandakı səfirliyində müşavir olub, eləcə də Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentində çalışıb.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər