Saytımızı qiymətləndirin


 
 

Erməni xalqının xəbəri yoxdur ki, Praqa və Brüsseldə... - Zaxarova
Tarix: 06-12-2023 | Saat: 16:57
Bölmə:Karusel / Region | çapa göndər

Erməni xalqının xəbəri yoxdur ki, Praqa və Brüsseldə... - Zaxarova

 

"Rusiya İrəvan və Bakıya Moskvada görüşlər və üçüncü ölkələrdə keçiriləcək çoxtərəfli tədbirlər çərçivəsində dəvət göndərib".

 

Qarabaginfo.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

Zaxarova bildirib ki, Bakı hər zaman hazır olduğunu təsdiqləyib, təəssüf ki, eyni şeyi onun ermənistanlı tərəfdaşları haqqında demək olmaz.

 

"Ola bilsin ki, Ermənistan hakimiyyətinin Vaşinqton, Brüssel və ya Parisdən olan müşavirləri daha maraqlı və daha yaxşı nəsə təklif edə biləcəklər, amma keçmiş təcrübəyə baxmaq lazımdır. Praqa və Brüsseldəki “görüşlərin” (fərqləndirmə Zaxarovaya məxsusdur - red.) nəyə gətirib çıxardığını artıq hər kəs görüb. Ola bilsin ki, erməni xalqının xəbəri yoxdur və onlar hər şeydən məlumatlı deyillər, amma müxtəlif mənbələrə nəzər salıb Praqa və Brüsseldə hər şeyin necə getdiyini görməyə dəyər. Növbəti sürprizlərin "ən yaxşı dostların" (fərqləndirmə Zaxarovaya məxsusdur - red.) məsləhəti ilə necə baş verməsindən asılı olmayaraq", - o belə deyib.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər