Saytımızı qiymətləndirin


 
 

İsveçrə rusların 8,8 milyard dollarlıq aktivlərini dondurub
Tarix: 01-12-2023 | Saat: 17:44
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

İsveçrə rusların 8,8 milyard dollarlıq maliyyə aktivlərini dondurub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” ölkə hökumətinə istinadən yazıb.

Bu vəsait Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədar sanksiyaların bir hissəsi kimi bloklanıb.

Sanksiyalara cavabdeh olan İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi dondurulmuş aktivlərin məbləğinin tənzimlənə biləcəyini bildirib: “Yeni şəxslərin əlavə olunması və ya onların sanksiya siyahısından çıxarılması ilə bağlı dəqiq rəqəm söyləmək çətindir. Daha dəqiq hesablama 2024-cü ilin ikinci rübünün sonunda, İsveçrə banklarının hökumətə hesabat verəcəyi zaman gözlənilir”.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər