Saytımızı qiymətləndirin


 
 

Qırğızıstan bayrağı niyə dəyişdirilir... - SƏBƏB
Tarix: 29-11-2023 | Saat: 11:49
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Qırğızıstan bayrağı niyə dəyişdirilir... - SƏBƏB

Qırğızıstan parlamenti ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qarabaqinfo.az xəbər verir ki, parlamentin bu gün, noyabrın 29-da keçirilən iclasında deputatlar “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qanunda dəyişiklik layihəsinə birinci oxunuşda səs veriblər.

Qanun layihəsi Qırğızıstanın dövlət bayrağında dəyişiklikləri nəzərdə tutur. Belə ki, bayraq üzərində yerləşən alaçıq ətrafında günaş şüalarının dalğavari formasının düz olanlarla dəyişdirilməsi təklif edilir. Müzakirələr zamanı qanun layihəsinin təşəbbüskarları deyiblər ki, bir çox insanlar dalğavari şüaları ölkənin əsas kənd təsərrüfatı bitkisi olmayan günəbaxanla əlaqələndirirlər. Eyni zamanda, deputatların fikrincə, düz formalı şüalar günəş şüalarına daha çox bənzəyir.

Qırğızıstan Respublikasının bayrağında günəş şüalarının yeni eskizini hazırlamaq üçün ilkin mərhələdə bu bayrağı tərtib edən müəlliflər cəlb olunub, onlar riyazi hesablamalar, çertyojlar və müvafiq işlər aparıblar.

Deputat Ulan Primov deyib ki, bayrağın dəyişdirilməsi təcrübəsi bir çox ölkələrdə olub. Məsələn, ABŞ-da 26 dəfə, İspaniyada 8, Rusiyada 1 dəfə dəyişdirilib.

Qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinin lehinə 66 deputat, əleyhinə 8 deputat səs verib.

Bu xəbər ilə bağlı
Qırğızıstanda bayraq dəyişikliyi yenidən gündəmdədir
Xəbəri oxu


Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər