Tarix: 22-11-2023 | Saat: 14:58
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanda Misirə səfər edə bilər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə, o, Əlcəzair səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Misir tərəfi ilə Qəzzadan daha çox xəstənin Türkiyəyə göndərilməsini müzakirə etmək niyyətindədir.
Ərdoğan İspaniya Baş naziri Pedro Sançezlə də telefon danışığı aparacağını qeyd edərək, İspaniyadan başqa, bütün Avropa ölkələrinin Qəzzada baş verənlərə səssiz qaldıqlarını vurğulayıb.
“İsrailin Qəzzada və Fələstinin digər şəhərlərində həyata keçirdiyi dövlət və işğal terroru insanlığa qarşı cinayət, soyqırımıdır. İnsan buna səssiz və cavabsız qala bilməz. İslam dünyasında son diriliş toxumu Ər-Riyadda atılıb. Blokada təkcə İsrailin Qəzzanın ətrafında topladığı əsgərlər və silahlardan ibarət deyil. Biz İsraili beynəlxalq hüquqa riayət etməyə və əməllərinə görə cavab verməyə məcbur etməliyik”, - Türkiyə Prezidenti əlavə edib.
Digər xəbərlər