Saytımızı qiymətləndirin


 
 

Sabah hava necə olacaq? - PROQNOZ
Tarix: 18-11-2023 | Saat: 13:08
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Sabah hava necə olacaq? - PROQNOZ

Noyabrın 19-da gözlənilən hava şəraitinin proqnozu açıqlanib
 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər