Saytımızı qiymətləndirin


 
 

Kommunal xidmət və cərimə ödənişlərini edərkən diqqətli olun - Xəbərdarlıq!
Tarix: 13-11-2023 | Saat: 10:26
Bölmə:Karusel / Sosial | çapa göndər

kommunal-xidmet-ve-cerime-odenislerini-ederken-diqqetli-olun

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi xəbərdarlıq yayıb.

Qarabaginfo.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

“Son 1 ayda kiberdələduzluq hallarında ciddi artış hiss olunur. Belə kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə aşağıda göstərilən adlar və bənzər domen nümunələri ilə yaradılmış saxta səhifələrdir:

hxxps://asanodeme.info/kommunal

hxxps://asan-cerime.net

hxxps://asan-cerime.biz

hxxp://asan-cerime.com

Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.

Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq.

Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edirik!”

 


 



Xəbəri paylaş

1188 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır