Saytımızı qiymətləndirin


 
 

Paşinyanın "sülh kəsişməsi" layihəsi: Ermənistan səmimi deyil
Tarix: 03-11-2023 | Saat: 15:45
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Paşinyanın

Bir müddət əvvəl Ermənistan Baş naziri Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edib. Baş nazirin təqdim etdiyi xəritədə Azərbaycan əraziləri tam və keçmiş qondarma quruma məxsus heç bir ad, xəritə və ya toponim istifadə edilmədən göstərilib. Baş nazir xəritə ilə Ermənistanın şimalından və cənubundan keçən dəmir yolları ilə bağlı məlumat verib.

 

Xəritədə həmçinin, Zəngəzur dəhlizi ilə Azərbaycanla dəmir yolu və avtomobil yollarının bərpasının mümkünlüyü və bunun isə Xəzər dənizi ilə Aralıq dənizi arasındakı nəqliyyat əlaqələrini daha da qısaldacağı qeyd edilib.

 

Paşinyan təqdim etdiyi xəritəni öz ideyası kimi ortaya atıb.

 

Ermənistan həqiqətən yolların açılmasında maraqlıdır?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Politoloq Natiq Miri Ermənistan üçün qatarın getdiyini vurğulayıb:

 

“Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün iki məsələ qalmışdı. Sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiyaların açılması ilə bağlı məsələlər vardı. Artıq Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması Azərbaycan üçün prioritet deyil. Çünki Naxçıvanı, Qərb rayonlarını Azərbaycanla birləşdiriəcək kommunikasiya xəttinin İrandan keçməsi razılaşdırlıb. Araz çayı üzərindən körpünün tikilməsi istiqaməti üçün prezident vəsait də ayırıb. Buradan dəmir yolu və avtomobil yolunun çəkilməsi də razılaşdırılıb. Ermənistan üçün qatar gedir. Azərbaycan üçün problem yoxdur. Qatara yüyürüb çatmaq Ermənistanın məsələsidir".

N.Miri Paşinyanın "sülh kəsişməsi" ideyasının həqiqətə uyğun gəlmədiyini söyləyib:

 

"Ermənistan yeni terminologiyadan - "sülh kəsişmə"si adından istifadə edir. Lakin bu, belə deyil. Əvvəla sülh heç vaxt kəsişmədə olmaz. Sülh özü bir yoldur. Sülh kəsişmədədirsə, deməli 4 bir tərəfdən sülh gəlir. Ancaq bu, belə deyil. Sülhün bir istiqaməti İran, digər istiqaməti Rusiyadır. Bu kəsişmələrdən də sülhün gəldiyini heç kəs indiyə kimi müşahidə etməyib. Bu kəsişmənin digər bir istiqaməti də Ermənistandır. Ermənistanda uzun müddət bu istiqamətdə sadəcə dağıdıcı ünsür kimi çıxış edib. Biz də yolçuya baxıb yola qiymət verən xalq deyilik. Biz yola baxıb, yolçuya qiymət verən xalqıq. Bu yolun nə qədər  yanlış olduğu Azərbaycan xalqına və bütün dünyaya məlumdur. Ona görə də sülh kəsişməsi daha çox Zəngəzur dəhlizi fikrinin tədricən əvəzlənməsidir. Məlumdur ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizini o qədər beynəlxalq platformalarda işlətdi ki, artıq  bütün siyasi təşkilatlarda, Avropa strukturlarında  Zəngəzur  dəhlizi sözü bir növ legitimləşib. Bu sözü əvəzləmək üçün “yol kəsişməsi” terminini tapıblar. Nikol Paşinyanın nəzərdə tutduğu bu yol ayrıcı  Ermənistanda yox. Naxçıvan ərazisindədir.  Bu yol ayrıcı Naxçıvandan Culfa vasitəsilə İrana  dəmiryolu çəkilməsini özündə ehtiva edir. Yoxsa ki,  Ermənistanda coğrafi fiziki baxımdan belə bir kəsişmə yoxdur.  Azərbaycanla razlıq olarsa, Zəngəzur dəhlizinin Naxçıvanda olacaq yol kəsişməsindən söhbət gedir. Burada Ermənistan Cula vasitəsilə İrana və digər Asiya ölkələrinə çıxışı təmin edəcək”.

 

Politoloq vurğulayıb ki, Paşinyan növbəti dəfə Ermənistanın nə qədər sülhpərvər olduğunu göstərməyə çalışıb:

 

“Paşinyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaq niyyətindədir. Ermənistanın nə qədər sülh tərəfdarı olduğunu göstərməyə çalışırlar. Ancaq bunun arxasında nə qədər əməli fəaliyyət olacağını gələcək prespektiv göstərəcək.  Ancaq hər halda yenə də düşünürəm ki, burada səmimiyyət notlarından çox, məcburiyyət var. Çünki artıq Ermənistan regional platformada, ticari, iqtisadi  kommunikasiyaların açılması və digər əməkdaşlıq formatlarında iştirak etməzə, Ermənistanın gələcək prespektivinin üstündən xətt çəkəcək. Ermənistan 330 il ərzində necə blokadada qalmışdısa, indi də blokada da qalacaq. Bu da Ermənsitanın inkişafına imkan vermir. Əgər Ermənsitan regionda yaşamaq, öz varlığını davam etdirmək istəyirsə, həmsərhəd ölkələrlə əməkdaşlıq etmək məcburiyyətindədir. Bu istiqamətdə  Azərbaycanın təklif etdiyi  Zəngəzur dəhlizi məsələsi kölgədə qalıb. Ermənistanın birdən-birə hərəkət keçməsi bununla əlaqədardır. Tiflisdə keçirilən konfransla paralel olaraq, Bişkekdə keçirilən MDB ölkələrinin görüşü keçirilib.  Eləcə də, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin Baş nazirlərinin görüşü oldu. Həmin görüşə Baş nazir Nikol Paşinyan öz müavinini göndərdi. Demək ki, kommunikasiya xətlərinin açıılması, eləcə də Zəngəzru dəhlizinin açılması məsələsi indiki mərhələdə Ermənistan üçün vacibdir.  Çünki Fransa və Qərb Ermənsitana nə vəd edirsə-etsin regional ölkələrlə əməkdaşlıq olmadan Ermənistanın  varlığı mümkün deyil. Ermənistanda bunu başa düşürləesə, onda gedən qatara Ermənsitan çatmağa çalışacaq. Xəritə bundan xəbər verir. Nə qədər səmimi olacaqlarsa,  Azərbaycan məsələyə yenidən baxa bilər. Amma bu məsələ artıq Azərbaycan üçün prioritet deyil".



Xəbəri paylaş

195 dəfə oxunub.

Digər xəbərlər