Moldova ərazisində Rusiyanın 31 media orqanının saytı bloklanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətindən bildirilib.
Qurum hesab edir ki, bu resurslarla bağlı məlumatlar gərginliyə və ya sosial münaqişələrə səbəb ola bilər.
Moldovada girişin məhdudlaşdırıldığı resurslar arasında TASS və “İnterfaks”, “Vedomosti”, “Parlament qəzeti”, “Komsomolskaya Pravda”, “Moskovski Komsomolets”, “İzvestiya” və “Lenta.ru” da var.