Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib
Tarix: 19-10-2023 | Saat: 17:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib

Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultayda 600-ə yaxın qadın bir araya gəlib.

Tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini səsləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son 20 ildə iş dünyasında qadınların rolu və çəkisi artıb. Onun sözlərinə görə, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırır.

Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bundan sonra da cəmiyyətdə qadınların imkanlarının genişləndirilməsi və onlara şərait yaradılması istiqamətində atılan addımları davam etdirəcək.

Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Qarabağda qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, qadın haqlarından danışıb, Türkiyənin bu istiqamətdə atdığı addımlardan söz açıb.

Tədbirdə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, Ombudsman Səbinə Əliyeva və digər şəxslər çıxış ediblər.

Qurultay panel müzakirələrlə başa çatıb.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər