Saytımızı qiymətləndirin


 
 

Paşinyan Rusiya barədə nə deyib... - Komandası çıxışını yumşaltmağa çalışır
Tarix: 18-10-2023 | Saat: 15:49
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan Rusiya barədə nə deyib... - Komandası çıxışını yumşaltmağa çalışır

 

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Fransanın Strasburq şəhərinə səfəri çərçivəsində Avropa Parlamentindəki çıxışında ölkənin müttəfiqlərini hərəkətsizlikdə ittiham etməsindən sonra onun komandasından olan bəzi şəxslər ritorikanı yumşaltmağa çalışırlar.

Qarabaginfo.az bu barədə Ermənistan mətbuatına və bu ölkənin rəsmi şəxslərinin çıxışına nəzər salıb.

 

Belə ki, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsini müzakirə etmir.

 

O əlavə edib ki, Rusiyanın dövlət kanallarında ekspertlər Ermənistanda hakimiyyətin dəyişdirilməsinə çağırır: "Bu ritorikaya diqqətlə nəzər yetirsəniz, aydındır ki, bu məqsədlə küçələrə çıxmağa çağırış var. Ermənistanın təhlükəsizlik üzrə müttəfiqlərinin ölkədə demokratik hökuməti devirmək çağırışlarına diqqət çəkən baş nazir məhz bu barədə danışıb".

 

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovanisyan isə Ermənistanın müttəfiqlərinə qarşı ittihamlarla bağlı deyib ki, Paşinyan Avropa Parlamentində konkret ölkənin adını çəkməyib: "Bəyanatda konkret bir ölkə qeyd olunmayıb. O, bəzi müttəfiqlərimizdən danışıb... Birinci hissədə məyusluqdan danışıb, lakin konkret müttəfiq göstərilməyib".

 

Hovanisyan fikrini belə davam etdirib: "Baş nazir yalnız onu dedi ki, Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr alıb və almaqda davam edir. Sülhməramlılara gəlincə, Ermənistanın onların bəzi hərəkətlərindən məyus olması dəfələrlə dilə gətirilib".

 

XİN başçısının müavini vurğulayıb ki, Ermənistan və Avropa İttifaqı münasibətlərində sensasiyalı heç nə baş verməyib. Paruyr Hovanisyan jurnalistlərə bildirib ki, Aİ islahatlar baxımından Ermənistanın ən mühüm tərəfdaşı olaraq qalır və baş nazirin sözləri ölkənin bu münasibətləri dərinləşdirmək siyasətini təsdiqləyir.

 

Moskvanın deyilənlərə reaksiyasına gəlincə, nazir müavini hər kəsin hər şeyi eşitdiyini xatırladaraq, bu barədə şərh verməkdən imtina edib.

 

Qeyd edək ki, Moskvadakı yüksək rütbəli mənbə "RİA Novosti"yə bildirmişdi ki, Paşinyanın Avropa Parlamentindəki çıxışını Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndirir.

 

Xatırladaq ki, Paşinyan Avropa Parlamentində müttəfiqlərin hərəkətsizliyindən şikayətlənib. Onun fikrincə, bu, Ermənistanın suverenliyinə əsas təhdidlərdən biridir: "Xarici qüvvələr hibrid texnologiyalardan istifadə etməklə Ermənistanda daxili qeyri-sabitlik yaratmağa çalışıblar".

 

Ermənistan baş naziri Qarabağdakı Rusiya sülhməramlılarını da hərəkətsizlik nümayiş etdirməkdə günahlandırıb.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər