Saytımızı qiymətləndirin


 
 

ABŞ Yaxın Şərqə təyyarədaşıyan gəmilər göndərib- HƏMAS-ın İsrailə hücumundan sonra
Tarix: 09-10-2023 | Saat: 16:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Pentaqonun rəhbəri Lloyd Ostin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar beş hərbi gəminin müşayiəti ilə “Gerald Ford” təyyarədaşıyan gəmisinin Aralıq dənizinin şərqinə köçürülməsinə göstəriş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ostin özü məlumat verib.

“HƏMAS-ın İsrailə hücumuna cavab olaraq və prezident Co Bayden ilə ətraflı müzakirələrdən sonra Pentaqonun bölgədəki mövqeyini gücləndirmək üçün bir sıra addımlar atdım. USS Gerald Ford aviadaşıyıcısının zərbə qrupunun Şərqi Aralıq dənizinə yerləşdirilməsinə göstəriş verdim”, – o bildirib.

Zərbə qrupuna 13 milyard dollar dəyərində olan təyyarədaşıyan gəmidən başqa, “Normand” raket kreyseri və idarə olunan raketləri daşıyan dörd gəmi də daxildir.

Bu, ABŞ-ın son illərdə Aralıq dənizinə göndərdiyi ən böyük aviadaşıyıcı qrupudur. Təyyarədaşıyıcının göyərtəsində raketdən müdafiə və hava hücumundan müdafiə sistemləri var və o, həmçinin F-35 də daxil olmaqla 90-a qədər döyüş təyyarəsini daşıya bilir. Gəmi iki nüvə reaktoru ilə təchiz olunub.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər