Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu, Sinan Oğan Qənirə Paşayevadan yazdı 
Tarix: 29-09-2023 | Saat: 10:24
Bölmə:Karusel / Sosial | çapa göndər

cavusoglu-sinan-ogan-qenire-pasayevadan-yazdi

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva dünən müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 

Qarabaginfo.az xəbər verir ki, türk dünyasının bir çox tanınmış siması millət vəkilinin ölümü ilə bağlı sosial media hesablarında paylaşım ediblər.

Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan Qənirə Paşayevanın ölümündən kədərləndiyini ifadə edib: “Təəssüf ki, azərbaycanlı millət vəkili Qənirə Paşayeva müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm. Onun türk dünyasına xidmətləri heç vaxt unudulmayacaq”.

Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş millət vəkilinin ölümü ilə bağlı təəssüfləndiyini qeyd edib:“Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. O, türk dünyası uğrunda apardığı mübarizə ilə yaddaşlarımızda və tariximizdə bundan sonra da xatırlanacaqdır”.

Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu da Qənirə Paşayevanın vaxtsız vəfatından yazıb:  “Özünü Qarabağ məsələsinə və Türk dünyasına həsr etmiş böyük ürəkli Qənirə Paşayeva dünyasını dəyişdi. Yerin cənnət olsun, bacım”.

TÜRKSOY-un Baş katibi Sultan Raev da deputatın ölümündən kədərləndiyini ifadə edib: Türk dünyasının aşiqi, TÜRKSOY-un dostu olan önəmli bir şəxsi – Qənirə Paşayevanı itirdik. Unutmayacağıq. Ailəsinə və bütün Türk dünyasına başsağlığı verirəm. Məkanı cənnət olsun”.

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ da Qənirə Paşayevanın ölümünü Türk dünyası üçün böyük itki hesab edib: “Əziz dostum, Türk dünyasının sayılıb-seçilən adı, Türkiyə aşiqi Qənirə Paşayeva dünyasını dəyişdi. Azərbaycana başsağlığı verirəm: Allah rəhmət eləsin”.

***

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkə hesabında millət vəkili barədə bunları yazıb:

“Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva təəssüf ki, Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Türk dünyasına böyük xidmətlər göstərdi. İnanıram ki, onun adı həmişə xatırlanacaq”.

 



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər