“Qarabağ artıq qaynar nöqtə deyil və yaxın gələcəkdə bütün ermənilər oradan kütləvi şəkildə çıxacaq”.
Qarabaginfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Danila Qureyev deyib.
“Gələcəkdə bütün ermənilərin oradan çıxacağını, onların yerinə azərbaycanlıların gətiriləcəyini və ya indi mövcud olanların qalacağını gözləmək olar. Hər bir halda, bu münaqişə başa çatıb. Bəlkə də 30 ildir mövcud olan bu ziddiyyətlərə son qoyulması yaxşıdır”, – Qureyev bildirib.