Saytımızı qiymətləndirin


 
 

Bu gün kolleclərə ixtisas seçimi başa çatır
Tarix: 04-09-2023 | Saat: 10:38
Bölmə:Karusel / Siyasət / Təhsil / Dünya | çapa göndər

Bu gün kolleclərə ixtisas seçimi başa çatır

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2023-cü il avqustun 31-də başlanıb və bu gün saat 23:59-da başa çatacaq.

 

Bu barədə Qarabaqinfo.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

 

İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib //eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

 

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında elektron formada təqdim olunub.

 

Jurnalı (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz: //eservices.dim.gov.az/ejurnal/).



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər