Tarix: 31-08-2023 | Saat: 17:28
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna prezidenti Volodimir Zelenskidən 2024-cü ildə seçkilər keçiriləcəyi təqdirdə ikinci müddətə namizəd olub-olmayacağı soruşulub.
Qarabaqinfo.az xəbər verir ki, Zelenski RTP telekanalına müsahibəsində mövzu ilə bağlı danışıb.
Onun sözlərinə görə, müharibə dövründə Ukraynada seçki keçirmək üçün qanunsuzdur. Bununla belə, prezident əlavə edib ki, o, qanunvericiliyə dəyişikliklər etməyə hazırdır. Seçkiləri udmaq qorxusu ilə bağlı suala Zelenski belə cavab verib: “Mən heç nədən qorxmuram”.
Eyni zamanda, prezident hesab edir ki, seçkilər bütünlüklə Ukrayna ərazisində keçirilməlidir ki, hərbçilər və hazırda xaricdə olan ukraynalılar səs vermək imkanı əldə etsinlər: "Biz onları səsvermə hüququndan məhrum edə bilmərik. Mən istəyirəm ki, hər şey əvvəlki seçkilərdə olduğu kimi qanuni və şəffaf olsun. Bunu əldən vermək istəmirəm".
Zelenski onu da bildirib ki, Rusiya Federasiyası tərəfindən hücum riskləri və seçki məntəqələrinin qorunmasının zəruriliyi ilə bağlı suallar var. Seçkilərdə iştirak edib-etməyəcəyini soruşduqda, o, müharibə zamanı ölkəsini tərk etməyəcəyini deyib.
"2024-cü ildə müharibə davam etsə və seçkilər keçirilsə, mən ölkəmi tərk etməyəcəyəm", - prezident vurğulayıb.
Digər xəbərlər