Saytımızı qiymətləndirin


 
 

Sülhməramlılar Bakıdan göndərilən unun Xankəndiyə çatmasını İSTƏYİR
Tarix: 30-08-2023 | Saat: 14:54
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Sülhməramlılar Bakıdan göndərilən unun Xankəndiyə çatmasını İSTƏYİR

Qarabağdakı separatçılar Bakıdan Xankəndiyə göndərilən yük maşınları ilə bağlı Rusiya sülhməramlıları ilə danışıqlar aparıb.

 

 Qarabaqinfo.az xəbər verir ki, bu barədə separatçıların "spikeri" Davit İşxanyan məlumat verib.

 

İşxanyan bildirib ki, Rusiya Azərbaycan tərəfindən göndərilən humanitar yükün Xankəndiyə çatdırılmasını istəyir. Lakin ermənilər onların bu təklifini qəbul etməyib.

O qeyd edib ki, Rusiya sülhməramlılarının komandiri Qarabağda hələ yenidir və vəziyyətlə tanış deyil. 

 

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

 

"Bloomberg", "BBC", "Getty İmage" və digər media qurumlarının əməkdaşları Bakıdan Xankəndiyə göndərilən humanitar yüklə bağlı vəziyyəti öyrənmək üçün humanitar yükün gözlədiyi əraziyə gəliblər.

 


Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər