Saytımızı qiymətləndirin


 
 

Vaqif Xaçaturyan ailəsinə məktub GÖNDƏRDİ
Tarix: 07-08-2023 | Saat: 17:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Vaqif Xaçaturyan ailəsinə məktub GÖNDƏRDİ

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 7-də Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyana baş çəkiblər.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xaçaturyanın qızı "news.am"a açıqlamasında bildirib.

 

O, qeyd edib ki, Vaqif Xaçaturyan BQXK nümayəndələri vasitəsilə məktub da göndərib. Məktubda Xaçaturyan özünü yaxşı hiss etdiyini və müalicə üçün dərman qəbul etdiyini bildirib.

 

Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.

 

Kütləvi qırğınla əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

 

O, iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

 



Xəbəri paylaş

1184 dəfə oxunub.

Digər xəbərlər