Ermənistan və Azərbaycan Rusiyanın regionda gərginliyin azaldılması ilə bağlı təkliflərini öyrənirlər.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Denis Qonçar deyib.
“İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində son təmaslar Qarabağda son dərəcə çətin vəziyyət fonunda baş tutub. Həssas detalları açıqlamadan deyim ki, gərginliyi azaltmaq üçün tərəfimizdən kompromis həll yolları təklif edilib. Hazırda tərəflər bu təklifləri öyrənirlər”, – Qonçar bildirib.
Onun sözlərinə görə Rusiya bütün mərhələlərdə Qarabağ münaqişəsinin həllində fəal iştirak edib: “2020-ci ilin noyabrında Rusiyanın köməyi və prezident Vladimir Putinin şəxsi iştirakı ilə Azərbaycan və Ermənistan arasında mövcud barışıq mərhələsinin əsasları qoyuldu. 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün yol xəritəsi hazırlandı. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər imzalandı. Tərəflərin heç birində kiməsə daha çox “pay düşdüyü” hissi olmamalıdır. Nəqliyyat kommunikasiyalarının, ilk növbədə, dəmir yollarının açılması Cənubi Qafqazın nəhəng iqtisadi potensialının açılmasına kömək edəcək”.