Saytımızı qiymətləndirin


 
 

Ordumuz bu tarixdə Xankəndiyə daxil olacaq - Yeni əməliyyat başlayır
Tarix: 24-07-2023 | Saat: 12:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ordumuz bu tarixdə Xankəndiyə daxil olacaq - Yeni əməliyyat başlayır

 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki erməni separatçıları Bakının təslim olmaq tələbini qəbul etmək niyyətində deyil. Xankəndidən gələn xəbərlərdə separatçıların təxribat hazırlığında olduğu deyilir. Belə məqamda Azərbaycanın hansı addımlar atacağı maraq doğurur.

 

Bəzi ekspertlərin fikrincə, separatçı qrupun "dirənişinə" Azərbaycan Ordusu anti-terror əməliyyatı ilə cavab verəcək. Hətta yeni hərbi əməliyyatda hədəfin Xankəndi şəhəri olduğu bildirilir.


Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ordusu əməliyyatlar vasitəsi ilə Xankəndini separatçılardan təmizləməyi hədəfləyir.

 

 

“Antiterror əməliyyatının başlama vaxtını dəqiq göstərmək mümkün deyil. Çünki proseslər çox mürəkkəbləşib. Lakin söyləmək olar ki, Azərbaycanın öz ərazisində suveren hüquqlarını təmin etmək üçün hərəkətə keçəcəyi istisna deyil. Məncə, əməliyyatların hədəfi Xankəndi olacaq. Yəni ordumuz Xankəndidəki separatçıları zərərsizləşdirərək, mülki əhalini onlardan azad edəcək”,- sabiq dövlət müşaviri vurğulayıb.

 

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Brüssel, Moskva, Vaşinqton və Praqada keçirilən görüşlərdə əldə olunan razılaşmaların icra olunmaması birbaşa olaraq Ermənistanın məsuliyyətsizliyindən irəli gəlir:


“Ermənistan 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmədiyi kimi, bu görüşlərin də nəticələrinə əməl etmir. Qeyd etmək lazımdır ki, tək Ermənistan deyil, Rusiya və Fransa da razılaşmaların icra olunmasına mane olmağa çalışır. Mən bunu aylar öncə də demişdim, indi də təkrar edirəm ki, 44 günlük müharibə ilə BMT-nin qətnaməsini yerinə yetirdiyimiz kimi, Silahlı Qüvvələrimizin hesabına Qarabağdan separatçılar təmizlənəcək. Buna heç kimin şübhəsi olmasın”.


Ü.Cəfərovun fikrincə, bir, ya da iki aya yeni əməliyyatlar başlaya bilər:

 

“Lakin antiterror əməliyyatlarının başlama vaxtına yalnız Prezident İlham Əliyev qərar verəcək. Bu əməliyyatların keçirilməsi qaçılmazdır. Onu deyə bilərəm ki, təxminən 1-2 aya, yəni payız fəslində hərbi əməliyyatlar başlaya bilər. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla bütün rəsmiləri, o cümlədən Rusiya tərəfi prosesi normal məcraya yönəltmək əvəzinə vəziyyəti daha da gərginləşdirir. Bu səbəblərə görə antiterror əməliyyatları başlayacaq və bir neçə gün çəkəcək. Yəni qısamüddətli olacaq. Nəticədə separatçılar çox ciddi itkilər verəcək və bundan sonra reallıqları qəbul edəcəklər”.



Xəbəri paylaş

1153 dəfə oxunub.

Digər xəbərlər