Pakistanda güclü yağışlar 13 nəfərin həyatına son qoyub.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt İslamabadın Qolra Mor bölgəsində yağışlar nəticəsində tikilməkdə olan körpünün yaxınlığındakı divar uçub.

Digər tərəfdən, İslamabadın Muhammedi Town məhəlləsində bir uşaq uçmuş divarın altında qalaraq ölüb.

Güclü yağışlar nəticəsində yolların sürüşkən olması səbəbindən yol qəzaları baş verib.

İslamabad-Pişəvər avtomobil yolunda baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.

Yağışlar səbəbindən paytaxtın bəzi yerlərində daşqınlar baş verib.

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

Körpünün tikintisində çalışan və çadırlarında yatan fəhlələrdən 12-si uçan divarın altında həyatını itirib.