Saytımızı qiymətləndirin


 
 

Hakimin çıxardığı qərarda pozuntular aşkarlandı - Nazirlik işə qarışdı
Tarix: 12-07-2023 | Saat: 22:21
Bölmə:Karusel / Multimedia | çapa göndər

hakimin-cixardigi-qerarda-pozuntular-askarlandi

Bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə keçmiş kürəkəni Sadiq Poluzadə arasında məhkəmə çəkişməsi barədə məlumat vermişdik. Həmin vaxt S.Poluzadə saytımıza müraciət edərək Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin işə qərəzli baxdığını, M.Mikayılovun təzyiqi ilə onun əleyhinə qərar çıxardığını iddia etmişdi.

Qarabaginfo.az xəbər verir ki, şikayət ictimailəşdikdən sonra məsələ araşdırılıb, hakim Şəhriyar Əliyevin çıxardığı qərarda pozuntular aşkar edilib. S.Poluzadənin anası Hicran Poluzadə  saytımıza bildirib ki, oğlunun müraciəti ictimailəşdirildikdən sonra hakimin davranışları ilə bağlı rəsmi şəkildə Ədliyyə Nazirliyinə də müraciət ediblər:

“Ədliyyə Nazirliyindən cavab olaraq bildirildi ki, hakim Şəhriyar Əliyevin fəaliyyəti ilə bağlı araşdırma aparılıb. Göstərilən mülki iş üzrə sədrlik edən hakim tərəfindən bir sıra prosessual pozuntulara yol verildiyi aşkarlanıb. Nazirlik rəsmi məktub göndərərək qeyd etdi ki, həmin hakim barəsində zəruri tədbirlər görülür".

Hicran Poluzadə hakim Şəhriyar Əliyevin çıxardığı qərardan apellyasiya şikayəti verdiklərini, işə Bakı Apellyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə baxıldığını da bildirib.

Qeyd edək ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə onun keçmiş kürəkəni Sadiq Poluzadə boşansa da, aralarında mülkiyyətə görə məhkəmə çəkişməsi gedir. M.Məmmədovun qızı ona 64 min manat dəyərində qızıl-zinət əşyalarının çatmalı olduğunu iddia edir.



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər