Saytımızı qiymətləndirin


 
 

İmişlidə bələdiyyə sədrinə cinayət işi açıldı
Tarix: 11-07-2023 | Saat: 16:00
Bölmə:Karusel / Kriminal | çapa göndər

İmişlidə bələdiyyə sədrinə cinayət işi açıldı

İmişlidə tikinti işləri zamanı vəzifəli şəxslərin ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktına dair cinayət işi başlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Sarıxanlı bələdiyyəsinin sədri Bakir Məhərrəmovun vəzifə səlahiyyətlərini aşaraq qəbiristanlıq ərazisindəki torpaq sahəsində süxurların qazılaraq daşınmasına qanunsuz olaraq icazə verməsinə, podratçı və subpodratçı şirkətlərin vəzifəli şəxslərinin isə qeyd edilən ərazilərdə işlərin görülməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər