Saytımızı qiymətləndirin


 
 

Putinlə Napoleon və Hitleri nə birləşdirir?
Tarix: 25-06-2023 | Saat: 15:01
Bölmə:Karusel / Dünya | çapa göndər

“The Washington Post” yazır ki, əgər sən müharibə köpəklərini azadlığa buraxırsansa, orasını da düşünməlisən ki, köpəklər geri dönüb səni də qapa bilər. Vladimir Putin 16 ay əvvəl Ukraynaya hücum edəndə heç ağlına da gəlməzdi ki, bir gün Vaqner qrupu Moskvaya doğru irəliləyəcək.

 

Napoleon da Rusiyanı işğal edəndə düşünmədi ki, bu, onun iqtidarını bitirəcək. O, sürgünə göndəriləcək və Fransada monarxiya yenidən bərpa olacaq.

Hitler heç vaxt təsəvvür etməzdi ki, Polşaya hücum onun intiharına və Almaniyanın parçalanmasına gətirib çıxaracaq.

Səddam Hüseyn heç vaxt fikirləşməzdi ki, Küveyti işğal etmək sonda onun rejiminin devrilməsinə və onun ölümünə səbəb olacaq...

Müharibə mahiyyət etibarilə gözlənilməz və riskli bir işdir, onun nəticələrini heç vaxt aydın şəkildə proqnozlaşdırmaq mümkün deyil və nadir hallarda müvəffəqiyyətlə idarə olunur. Bir diktatorun prosesə nəzarət illüziyası çox vaxt müharibənin qaynar qazanında itib-bata bilər - xüsusən də müharibə Ukraynada baş verdiyi kimi uzunmüddətli və qanlı xarakter alanda, belə ola bilər. Bir çox diktaturalar kimi, Putin rejimi də kənardan göründüyündən daha kövrəkdir. Putin həmişə rəqabət aparan güc mərkəzlərini idarə edib. Oliqarxları (və hökumətin müxtəlif qollarını) bir-birinə qarşı qoyub və öz məharətinə arxalanıb, qərarların qəbulunda son sözü deyən hakim rolunda çıxış edib. Bu model 20 il işlədi, lakin müharibədəki məğlubiyyətindən doğan təzyiqlər fonunda rus ordusu dağılır...

“The Washington Post” yazır ki, Rusiya Ukrayna cəbhəsində 2 min tank, 900 zirehli texnika itirib. II Dünya Müharibəsindən sonra Rusiya ilk dəfədir ki, belə böyü itki ilə üzləşir...

Amerika nəşri yazır ki, Rusiyada baş verən son hadisələr təcavüzkar müharibələri başlamağı düşünə biləcək bütün gələcək tiranlar üçün bir dərs olmalıdır. “Diqqət edirsinizmi, Si Cinpin?”, “The Washington Post”un təqdim etdiyi məqalə Çin liderinə ünvanlanmış belə bir sualla bitir... https://www.washingtonpost.com/opinions/2023/06/24/putin-wagner-rebellion-ukraine-war/(Visyontv)



Xəbəri paylaş

1217 dəfə oxunub.

Digər xəbərlər