Saytımızı qiymətləndirin


 
 

Spiker ölkədən qaçan rusları geri qayıtmağa çağırıb –"Nə qədər gec deyil, qayıdın!"
Tarix: 19-06-2023 | Saat: 13:50
Bölmə:Karusel / Region | çapa göndər

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ölkədən gedən həmvətənlərini Rusiyaya qayıtmağa çağırıb.

Qarabaginfo.az bildirir ki, spiker 2022-ci ilin fevralından sonra ölkədən gedən rusiyalıların yarıdan çoxu artıq geri qayıtdığını bildirib.

Volodin onların qayıdışını ailə həsrəti və “Qərb dövlətlərinin rusofob siyasəti” ilə əlaqələndirib.

Volodin qeyd etdi ki, gedənlərin çoxuna ikinci növ vətəndaşlar kimi münasibət göstərilib. O, Çexiya prezidenti Petr Pavelin xaricdə yaşayan Rusiya vətəndaşlarını həbs düşərgələrinə göndərməyi təklif edən  bəyanatına istinad edib.

Pavel Qərb ölkələrində yaşayan rusları “daha yaxından izləməyə” çağırıb, İkinci Dünya Müharibəsi zamanı yüz minlərlə yaponun ABŞ-da gözaltına alma təcrübəsini xatırladıb.

“Belə sözlərdən sonra hələ də Qərb ölkələrində qalan vətəndaşlarımız hara getdiklərini, nə tapdıqlarını və onları nələrin gözlədiyini düşünməlidirlər. Baş verənləri nəzərə alsaq, nəhayət doğru qərar vermək lazımdır: Bu gün geri qayıtmaq imkanı var, sabah Qərbi Avropada qızışdırılan isteriya ilə o, artıq mövcud olmaya bilər “-deyə Dövlət Dumasının spikeri  telegram kanalında yazıb.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda konkret olaraq nə qədər rusiyalının ölkəni tərk etdiyi açıqlanmır. Rosstatın məlumatına görə, 2022-ci ilin ilk on ayında Rusiyanı 600 minə yaxın insan tərk edib. Bu da 2021-ci illə müqayisədə təxminən üç dəfə çoxdur.

Vyaçeslav Volodin özü rusların ölkədən getməsini xəyanət adlandırıb.



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər
2-02-2019, 11:35 Bürclər- 2 fevral