Saytımızı qiymətləndirin


 
 

Moskva hər gün Bakı və İrəvanla əlaqə saxlayır - Overçuk
Tarix: 16-06-2023 | Saat: 10:58
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Moskva hər gün Bakı və İrəvanla əlaqə saxlayır - Overçuk

Rusiya demək olar ki, hər gün nəqliyyat əlaqələri ilə bağlı Bakı və İrəvanla əlaqə saxlayır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk SPIEF-2023 forumu çərçivəsində RIA Novosti agentliyinə müsahibəsində deyib.

 

O bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması ilə bağlı demək olar ki, hər gün Bakı və İrəvanla əlaqə saxlayır.

 

Onun sözlərinə görə, Rusiya tərəflər arasındakı danışıqlar prosesində ən fəal şəkildə iştirak etməklə öz həllərini təklif edir və iki respublikanın hökuməti ilə əlaqəni təmin edir. Rusiya baş nazirinin müavini bununla belə Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin məhz nə zaman açılacağını bildirməyib. Overçuk bu məsələdə təmkinli olmaq lazım olduğunu bildirib.

 

Bununla yanaşı, Rusiya baş nazirinin müavini SPIEF-2023 forumu çərçivəsində azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşdüyünü və bir sıra mövzuları müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, lakin bəzi məsələlər həll olunmamış qalıb.

Modern.az


Xəbəri paylaş

1153 dəfə oxunub.

Digər xəbərlər