Saytımızı qiymətləndirin


 
 

Samir Şərifov AZAL-a verilən subsidiyalardan DANIŞDI
Tarix: 06-06-2023 | Saat: 13:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Samir Şərifov AZAL-a verilən subsidiyalardan DANIŞDI

Maliyyə naziri Samir Şərifov AZAL-a verilən subsidiyanın onun hesabında saxlanılması məsələsinə aydınlıq gətirib.

Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, subsidiya bir neçə halda verilir.

“Subsidiyalar ayrılan şirkətlər tərəfindən mütləq şəkildə istifadə olunmalıdır deyə tələb yoxdur. AZAL-ın hesabında bu subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük. Bizdə olan məlumata görə, AZAL-ın hesabında il sonunda 8,3 milyon manat qalıq qalmışdı”, deyə o bildirib.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər