Saytımızı qiymətləndirin


 
 

Paşinyan Qarabağı təhvil verdi, növbə dəhlizindir - Oskanyan
Tarix: 23-05-2023 | Saat: 16:33
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan Qarabağı təhvil verdi, növbə dəhlizindir - Oskanyan

 

"Paşinyan Qarabağı təhvil verdi, növbə dəhlizindir".

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazir Nikol Paşinyanın dünənki açıqlamalarını şərh edərkən deyib.

 

"Qarabağın və anklavların Azərbaycana verilməsindən sonra Ermənistan hakimiyyəti tezliklə dəhliz aça bilər. Tezliklə eşidəcəyik ki, Azərbaycana “dəhliz məntiqində olmayan” dəhliz də verilir. Lakin bu gün görülən hər bir işin ciddi alternativi var. Ən qısa müddətdə vasitəçi ölkələrin və bu məsələdə maraqlı olan dövlətlərin nöqteyi-nəzərində dəyişiklik etmək tamamilə mümkündür. Beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq", - Oskanyan əlavə edib.

 

Qeyd edək ki, dünən Paşinyan Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması barədə fikirlər səsləndirib.



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər