Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda Türkiyə modeli üzrə komandolar hazırlanır
Tarix: 23-05-2023 | Saat: 12:45
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər açıqlanıb

Komando Dağ Təlim Mərkəzində Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi "Komando başlanğıc kursu" davam edir.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi institutun kursantları sıra və fiziki hazırlıqdan müxtəlif normativləri icra edir, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, eləcə də şərti düşmən hədəflərinin aşkar olunaraq atəşlə məhv edilməsi vərdişlərini təkmilləşdirirlər.

Həmçinin çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir.

Peşəkar zabit kadrlarının hazırlanması məqsədilə Türkiyə modelinin tətbiq edilməsi ilə keçirilən komando hazırlığı kursunda əsas diqqət kursantların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər
7-02-2022, 12:21 Sabahın HAVASI