Saytımızı qiymətləndirin


 
 

Türkiyə Fəhlə Partiyasından ikinci tur AÇIQLAMASI
Tarix: 16-05-2023 | Saat: 10:54
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə Fəhlə Partiyasından ikinci tur AÇIQLAMASI

 

Türkiyə Fəhlə Partiyası (TİP) prezident seçkilərinin ikinci turunda yenidən "Millət İttifaqı"nın vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcək.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu TİP-in sədri Erkan Baş açıqlayıb.

 

"TİP ve 1 milyon seçicisi (parlament seçkilərində partiya 1 milyona qədər səs toplayıb - red.) an etibarilə cənab Kılıçdaroğlunun qazanması üçün qərarlı şəkildə çalışmaya başlayır", - o bildirib.

 

Qeyd edək ki, Türkiyədəki seçkilərdə heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb.

 

Xatırladaq ki, "Əmək və Azadlıq İttifaqı"na daxil olan Türkiyə Fəhlə Partiyası ilk turda da Kılıçdaroğlunun namizədliyini dəstəkləmişdi. Belə ki, bu ittifaq parlament seçkilərinə iki proporsional siyahı ilə (TİP-in müstəqil siyahısı, digər bütün siyasi qüvvələrin birgə YSP siyahısı) qatılsa da, prezidentliyə namizəd çıxarmamışdı. Daha sonra ittifaq "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcəklərini rəsmi şəkildə elan etmişdi.

 

TİP parlament seçkilərində 1 milyona yaxın səs alaraq 4 namizədini parlamentə daşıyıb. Bunlar İstanbuldan seçilən partiyanın sədri Erkan Baş, Ahmet Şık, Sera Kadıgil və Hataydan seçilən, hazırda həbsdə olan hüquq müdafiəçisi Can Atalaydır.



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər