Anar Əsədlidən şikayətçi olan şəxs: "Başqa adamlara qarşı da belə hərəkətlər edib"
Tarix: 22-04-2023 | Saat: 14:50
Bölmə:Karusel / Kriminal | çapa göndər
"Anar Əsədlidən şikayət edən iki şəxsdən biri mənəm. Şikayətimdə bildirmişdim ki, bizim əvvəllər yaxın münasibətlərimiz olmasına baxmayaraq, Anar Əsədli mənə qarşı dələduzluq hərəkətləri edib. Sonrakı dövrdə bilmişəm ki, yalnız mənə deyil, xeyli sayda adama qarşı da bu cür hərəkətlər edib".
Bu barədə AzNews.az portalına eks prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov məlumat verib. O, deyib:
"Mənimlə bərabər digər bir şəxs- Zəngilan rayonunun keçmiş icra başçısı İlham Hüseyn də hüquq- mühafizə orqanlarına müraciət etmişdi. Oktyabr ayından başlanan istintaq bu günə qədər diqqətli şəkildə aparılıb. İstintaqın gedişi ilə bağlı mənə məlumat verilib. Mənim özümdən də izahatlar alınıb. Bu gün mən üzləşmə ilə bağlı idarəyə dəvət olunmuşam. Hesab edirəm ki, Daxili İşlər Nazirliyi məsələni kifayət qədər diqqətlə araşdırıb. Bundan sonra istintaq hərəkətlərinin davam edəcəyini düşünürəm. Təəssüflə qeyd edirəm ki, o, uzun müddətdən bəri məndən iş görmək adı ilə külli miqdarda vəsait götürüb, amma işə yatırmayıb, mənimsəyib. Vəsaiti qaytarmaqdan da imtina edib. Bizə başqa yol buraxmadığı üçün mən onu hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Bildiyim qədər, istintaqın gedişində də müəyyən əlavə nüanslar ortaya çıxıb. Qeyd etdiyim kimi, yalnız mənə deyil, başqa adamlara qarşı da belə hərəkətlər edib. Bu da istintaq zamanı diqqətlə araşdırıldığına görə, bu gün artıq o qərara gəlinib ki, Anar Əsədli saxlanılsın".
Xatırladaq ki, bu gün Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
O, ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Anar Əsədliyə qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, A.Əsədli ötən günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi.
1146 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-10-2025, 10:37
Xələf Xələfov: Azərbaycan İranla əlaqələrin dərinləşdirilməsinə sadiqdir
1-06-2021, 07:23
“Biz 30 il Qarabağı zəhərlədik və qarət etdik!” - ŞOK ETİRAF
12-03-2022, 23:02
Ruslar təxliyə olunan qadın və uşaqlara atəş açıb - Ölənlər var
10-06-2021, 15:04
"Azərbaycanla müqavilə imzalamağıma icazə verilmədi" - Ter-Petrosyan
12-08-2022, 17:30
Prezidentdən azad edilmiş ərazilərlə bağlı AÇIQLAMA
28-10-2021, 18:41
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
25-10-2022, 22:59
Stoltenberq İranın Rusiyaya hərbi dəstəyindən danışıb
6-10-2023, 13:20
Rusiyada müflis olanların sayı 1 milyonu ötüb
31-08-2021, 07:29
Paytaxta nəzarət TƏBİB-dən alındı?

" style="width: 670px; height: 340px;">